Study

Isim

  •   0%
  •  0     0     0

  • Hansı toplu isimlər cəm şəkilçisi qəbul etməz.
    camaat, əhali
  • "Azərbaycan bayrağı" ordeni
    yanlış. "Azərbaycan Bayrağı" ordeni
  • Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır fikri doğrudurmu?
    bəli
  • Hansı nitq hissələrinin yalnız qrammatik mənası olur?
    köməkçi
  • Azərbaycan Respublikasının xalq rəssamı
    yanlış, Azərbaycan Respublikasının Xalq rəssamı
  • Əsas nitq hissələri
    isim, sifət, feil, say, əvəzlik, zərf
  • Azərbaycan Respublikasının Əməkdar elm xadimi
    doğru
  • Elə isimlər var ki, onlar cəm şəkilçisi qəbul etmədən say etibarı ilə çoxluq bildirir. Belə isimlərə nə deyilir?
    toplu isimlər
  • BMT-yə yoxsa BMT-na?
    BMT-yə
  • Köməkçi nitq hissələri
    qoşma,bağlayıcı, ədat, modal sözlər, nida
  • M.Maqomayev Adına Azərbaycan Dövlət Filarmoniyası
    M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası
  • Eynicinsli əşyalara verilən adlar.
    ümumi isimlər
  • Qrammatika hansı hissələrdən ibarətdir?
    morfologiya, sintaksis
  • Yeddi gözəl baleti
    yanlış, "Yeddi gözəl" baleti
  • Vətən müharibəsi- doğrudurmu?
    bəli
  • Azərbaycan Respublikasının Milli qəhrəmanı
    yanlış, "Azərbaycan Respublikasının Milli Qəhrəmanı"
  • Toplu isimlər həm də qrammatik cəhətdən cəmdə olan isimlərdir fikri doğrudurmu?
    xeyr
  • Eynicinsli əşyaları bir-birindən fərqləndirmək üçün onların hər birinə verilən adlar.
    xüsusi isimlər
  • Babək rayon Təhsil Şöbəsi
    yanlış, Babək Rayon Təhsil Şöbəsi
  • Toplu isimlər cümlənin mübtədası olduqda xəbər təkdə olmalıdır, yoxsa cəmdə?
    təkdə
  • ...... kiçiltmə, ..... əzizləmə mənalı isimlər yaradır. Nöqtələrin yerinə hansı şəkilçilər olmalıdır?
    1.-ça, -cıq, 2.-cığaz
  • Hansı nitq hissələri formaca dəyişə bilir?
    əsas
  • Azərbaycan Respublikasının prezidenti
    yanlış, Azərbaycan Respublikasının Prezidenti
  • Nitq hissələrindən bəhs edən bölmə necə adlanır?
    morfologiya
  • Xüsusi isimləri ümumi isimlərdən fərqləndirən 3 cəhət de.
    1. ilk hərfi həmişə böyük yazılır. 2. ancaq konkret olur. 3. sinonimi, omonimi, antonimi olmur.