Game Preview

Isim

  •  Azerbaijani    25     Public
    Konkret və mücərrəd, ümumi və xüsusi, tək və cəm, quruluşca növləri, mürəkkəb adlar
  •   Study   Slideshow
  • Eynicinsli əşyalara verilən adlar.
    ümumi isimlər
  •  10
  • Eynicinsli əşyaları bir-birindən fərqləndirmək üçün onların hər birinə verilən adlar.
    xüsusi isimlər
  •  10
  • Xüsusi isimləri ümumi isimlərdən fərqləndirən 3 cəhət de.
    1. ilk hərfi həmişə böyük yazılır. 2. ancaq konkret olur. 3. sinonimi, omonimi, antonimi olmur.
  •  20
  • ...... kiçiltmə, ..... əzizləmə mənalı isimlər yaradır. Nöqtələrin yerinə hansı şəkilçilər olmalıdır?
    1.-ça, -cıq, 2.-cığaz
  •  15
  • Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır fikri doğrudurmu?
    bəli
  •  10
  • BMT-yə yoxsa BMT-na?
    BMT-yə
  •  10
  • Elə isimlər var ki, onlar cəm şəkilçisi qəbul etmədən say etibarı ilə çoxluq bildirir. Belə isimlərə nə deyilir?
    toplu isimlər
  •  5
  • Toplu isimlər həm də qrammatik cəhətdən cəmdə olan isimlərdir fikri doğrudurmu?
    xeyr
  •  10
  • Hansı toplu isimlər cəm şəkilçisi qəbul etməz.
    camaat, əhali
  •  10
  • Toplu isimlər cümlənin mübtədası olduqda xəbər təkdə olmalıdır, yoxsa cəmdə?
    təkdə
  •  10
  • Vətən müharibəsi- doğrudurmu?
    bəli
  •  10
  • "Azərbaycan bayrağı" ordeni
    yanlış. "Azərbaycan Bayrağı" ordeni
  •  10
  • Azərbaycan Respublikasının xalq rəssamı
    yanlış, Azərbaycan Respublikasının Xalq rəssamı
  •  10
  • Azərbaycan Respublikasının Milli qəhrəmanı
    yanlış, "Azərbaycan Respublikasının Milli Qəhrəmanı"
  •  10
  • Azərbaycan Respublikasının Əməkdar elm xadimi
    doğru
  •  10
  • Yeddi gözəl baleti
    yanlış, "Yeddi gözəl" baleti
  •  10