Study

Azərbaycan dili və Riyaziyyat

  •   0%
  •  0     0     0

  • "Sabir səhər kənd uşaqları ilə mehribancasına görüşdü." cümlə üzvlərinə sual ver.
    Sabir-kim? ;səhər-nə zaman? ;kənd uşaqları-kim ilə? mehribancasına -necə? görüşdü- nə etdi?
  • Satıcı yumurtanın birini 17 qəpiyə alıb,25 qəpiyə satır.O,60 yumurta satarsa, nə qədər qazanc əldə edər.
    25-17=8qəpik qazanır. 60*8=480qəpik=4man80qəp
  • Mötərizələri elə yaz ki,bərabərlik doğru alınsın : 9+17*5-27=67
    9+(17*5)-27=9+85-27=67
  • Verilən cümlənin doğru yoxsa yanlış olduğunu müəyyənləşdirin "Əgər iki cümlə arasında çünki sözündən istifadə olunubsa , o zaman 1-ci səslənən cümlə nəticə,2-ci səslənən cümlə səbəb olur.
    Bəli cümlə doğrudur. Nümunə "Samir çox qüvvətlidir , çünki idmanla məşğul olur" .
  • 2-yə və 3-ə bölünmə əlamətlərini söylə.Həm 3-ə,həm də 2-yə qalıqsız bölünən ədədləri seçin :236,378,432,386
    cüt ədədlər 2-yə qalıqsız bölünür ;ədədi təşkil edən rəqəmlərin cəmi əgər 3-ə qalıqsız bölünürsə deməli həmin ədəd də 3-ə qalıqsız bölünür. Deməli 378,432 cavab
  • 347,348,351,355 ədədlərindən hansını onluqlara qədər yuvarlaqlaşdırdıqda 350 alınmır?
    355 yuvarlaqlaşarkən 360 alınır.
  • 45:a=9 tənliyində a-nın yerindəki ədəd necə adlanır və neçədir?
    Bölən adlanır : 45: 5 = 9
  • Verilmiş cümlələri səbəb və nəticə cümlələrinə ayır. "Ev sahibi tez həyətə qaçdı,çünki yanğın bütün evi bürümüşdü."
    SƏBƏB-yanğın bütün evi bürümüşdü ;NƏTİCƏ-Ev sahibi tez həyətə qaçdı
  • Verilmiş cümlələrdə ikinci dərəcəli üzvləri tapın."Polis sənədləri tələb etdi."; Biz axşam yola düşdük.
    sənədləri -nələri? ;axşam- nə zaman?
  • Mötərizələri elə yaz ki,bərabərlik doğru alınsın: 90-27:9=87
    90-(27:9)=90-3=87
  • 2,3,5 rəqəmlərinin iştirakı ilə yazılmış ən böyük üçrəqəmli ədədlə ən kiçik üçrəqəmli tək ədədin fərqi neçədir ?
    532-235=297
  • x– 247= 187 tənlliyində x-ın yerində neçə olmalıdır?
    247+187=434
  • İki ədədin hasili 18, fərqi isə 7-dir.Bu hansı ədədlərdir? 6 və 3 ; 9 və 2 ;9 və 3
    Cavab 9 və 2 9*2=18 ; 9-2=7
  • Ana biri 50 qəpikdən 5 qələm və biri 80 qəpikdən 3 dəftər aldı.Ana nə qədər pul xərclədi?
    5*50=250qəpik qələm ; 80*3=240qəpik dəftər 250+240=490qəpik=4man90qəp
  • Verilmiş cümlədə cümlə üzvlərinə sual ver "Onbirincilər imtahanlara ciddi hazırlaşırlar"
    nə edirlər?-hazırlaşırlar; Kim?-onbirincilər ; nəyə?-imtahanlara ; necə?-ciddi.
  • "Faiq kitabı maraqla oxudu” cümləsində ikincidərəcəli üzvlər hansı suallara cavab verir?
    kitabı-nəyi ? ; maraqla -necə?
  • Ən böyük rəqəmləri müxtəlif üçrəqəmli tək ədəddən 248 çıxdıqda neçə qalar?
    987-248=739
  • Verilmiş cümlələri səbəb və nəticə cümlələrinə ayır. "Uzaqdan ayı göründü,ona görə də oğlan ağaca dırmaşdı."
    SƏBƏB-Uzaqdan ayı göründü,NƏTİCƏ-ona görə də oğlan ağaca dırmaşdı.
  • Mötərizələri elə yaz ki,bərabərlik doğru alınsın : 123-67*9=504
    (123-67)*9=56*9=504