"STEM əsaslı öyrənmənin fəlsəfəsi nədir?" sualı məzmununa görə necə sualdır?
Açıq yoxsa yönləndirici?
Açıq
Fiziki elementləri kompüter mənşəli səs, video, qrafika, GPS məlumatları ilə sintez etməklə, virtual dünya ilə real aləmi özündə birləşdirən müasir texnologiyadır.
Artırılmış reallıq
Dəqiq olmalıdır, Sadə olmalıdır, Məqsədin reallaşmasına xidmət etməlidir, Real həyatla əlaqəli olmalıdır, Nəticəyə yönəlməlidir.Bu xüsusiyyətlər Layihə əsaslı öyrənmədə hansı suala aiddir?
Yönləndirici sual
Hər hansı problemin həlli zamanı məlumatlar bazasının (DATA) formalaşdırılmasında mütləq ehtiyac olan ölçmə və hesablama elmidir.Bu STEM-in hansı tərəfidir?
Mathematics (Riyaziyyat)
Bu metod amerikalı idealist filosof Con Dyuyi (1859-1952) tərəfindən əsası qoyulan "praqmatik pedaqogika"nın nəzəri konsepsiyalarına və Brunerin kəşf yolu ilə öyrənmə üsuluna əsaslanmışdır.
Layihə metodikası
STEM qısaltması ilk dəfə hansı ölkənin elm adamları tərəfindən təklif edilmişdir?
2001-ci ildə, ABŞ-ın
Yazılı və şifahi ünsiyyət, Təqdimat etmək, nəticə çıxarmaq, Əsaslandırmaq.
7E modelinin hansı mərhələsinin açar sözləridir?
İzahat
Təlimin sonunda şagirdlərin nələri bildiklərini və nəyi bacardıqlarını səviyyələr üzrə qiymətləndirmə vasitəsi nə adlanır?
Rubrik
"Dayanıqlı inkişaf" anlayışı ilk dəfə neçənci ildə və harada gündəmə gətirilib?
1996-cı ildə Birləşmiş Millətlər Təşkilatında
Bu öyrənmə modeili həyatda qarşıya çıxacaq problemləri müəyyən etmə, bu problemlərin qaynaqlandığı səbəbləri üzə çıxarma, onu kompleks həll etmə kimi fəaliyyətlərə əsaslanır.
Problem əsaslı öyrənmə
...təhsilalanlara istənilən mühitə uyğunlaşmaq və həmin mühiti inkişaf etdirmək üçün zəruri olan zehni proseslərin idarəedilməsi bacarığını aşılayır.Sizcə bu hansı XXI əsr bacarığıdır?
Öyrənmə bacarığı
Kimya, biologiya, fizika və s. fənlər ətraf aləm haqqında vahid təsəvvür yaradaraq, maddi aləmi bütövlükdə öyrədir.Bu STEM-in hansı tərəfidir?
Science - (Elm)
“Təhsil həyata hazırlıq deyil, elə həyatın özüdür.” fikri hansı Amerikan filosofuna aiddir?
Con Dyuyi
Açıq olmalıdır, ətrafında müxtəlif fikirləri birləşdirməlidir, düzgün cavabı yoxdur, şagirdlərə fərqli yanaşma imkanı verir, cavab verməzdən əvvəl araşdırma tələb edir.Bu xüsusiyyətlər Layihə əsaslı öyrənmədə hansı suala aiddir?
Əsas sual
Öyrənənlərin yeni əldə etdikləri biliklərdən istifadə edərək həyati situasiyalara aid məsələlər həll etməsi 7E modelinin hansı mərhələsində baş verir?
Extend-Genişləndirmə
Kompüter və ya rəqəmsal qurğulardan istifadə etməklə yaradılmış reallıq nəzərdə tutulur.Bu hansı reallıqdır?
Virtual reallıq
STEM əsaslı təhsil ilk dəfə hansı hansı tarixdən və hansı ölkədə tətbiq olunmağa başlayıb?
XX əsrin ortalarında Amerika məktəblərində
STEM-də bu proses hər hansı problemin həlli üçün təklif edilən prototipin, məhsulun, texnoloji vasitənin hazırlanması prosesidir.
Engineering - (Mühəndislik)
YUNESKO-nun müəyyən etdiyi beynəlxalq tərifə görə, ....... şəxsiyyətin bacarıq və
davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur.Sizcə bu nəyin tərifidir?
Təhsil
Bu, öz istəyi ilə planlar, strategiyalar, layihələr təklif etmək və qurmaq, müəyyən işlərin görülməsi, idarə edilməsi məsuliyyətini üzərinə götürməkdir.
Təşəbbüskarlıq
"İnsanların həyat şəraitinin yaxşılaşdırılmasının və dayanıqlı inkişafın özülündə .... dayanır" Sizcə nöqtələrin yerinə DİM-in hansı məqsədi yazılmalıdır?
Keyfiyyətli təhsil
Hər hansı problemi həll etmək, yeni həllər təklif etmək üçün ən müxtəlif vasitələrdir.Bu STEM-in hansı tərəfidir?
Technology - (Texnologiya)
"STEM qısaltmasının açılışı nədir?" sualı məzmununa görə necə sualdır?
Açıq yoxsa yönləndirici?
Yönləndirici
Bu anlayış ilk dəfə 1939-cu ildə texnologiyanın əsas mərkəzi hesab olunan ABŞ-da, Santa-Klare vadisində yaranmışıdır.
Startup
Öyrənmə prosesinə aid 5E modeli kim tərəfindən və nə vaxt təklif edilmişdir?
1997-ci ildə Biological Science Curriculum Study-nin (BSCS) öncüllərindən məşhur amerikalı pedaqoq, professor Rocer Baybi tərəfindən
Əldə etdiyi təlim nəticələrini gündəlik həyat və məişətlə əlaqələndirmə.Səbəb-nəticə əlaqəsini göstərən məntiqi cavablar vermə.7E modelinin hansı mərhələsində baş verir?
Dəyərləndirmə
Your experience on this site will be improved by allowing cookies.