Edit Game
BOL NEMƏTLİ YURDUMUZ
 Delete

Use commas to add multiple tags

 Private  Unlisted  Public



 Save

Delimiter between question and answer:

Tips:

  • No column headers.
  • Each line maps to a question.
  • If the delimiter is used in a question, the question should be surrounded by double quotes: "My, question","My, answer"
  • The first answer in the multiple choice question must be the correct answer.






 Save   17  Close
Ölkəmizdə neçə fəsil müşahidə edirik?
yaz,yay,payız,qış olmaqla 4 fəsli
Respublikamızda olan heyvandarlıq sahələrinə aid nümunələr göstər.
Quşçuluq təsərrüfatlarında toyuq əti və yumurta,qoyunçuluq fermalarında ət məhsulları,yun.İri buynuzlu mal-qara südü,qatığı,qaymağı,kəsmiyi, və b
Azərbaycanda hansı kənd təsərrüfatı bitkiləri yetişdirilir?
buğda,üzüm,pambıq,çay,zeytun, çəltik və b.
Azərbaycanın təbii sərvətlərini qorumaq üçün xüsusi dövlət orqanı yaradılmışdır. Həmin dövlət orqanı necə adlanır?
Həmin dövlət orqanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
Palçıq vulkanlarının sayına görə respublikamızın ərazisi dünyada neçənci yeri tutur?
Palçıq vulkanlarının sayına görə respublikamızın ərazisi dünyada birinci yeri tutur.
Duz mağarası ölkəmizdə harada yerləşir?
Naxçıvanda
Abşeronun sərvətləri: hansılardır?
Abşeronun sərvətləri: 1.Palçıq vulkanı; 2. Duz gölü; 3. Yanardağ – yerdən çıxan təbii qaz
Hansı səfalı su yataqlarını tanıyırsan?
Azərbaycanda şəfalı su yataqları davardır. Kəlbəcərdə, Naxçıvanda, Şuşada, Dəvəçidə çıxan bulaq suları müalicə əhəmiyyətlidir
Hansı yataqdan çıxarılan filizdən cürbəcür metallar əldə edilir?
Daşkəsən yatağından çıxarılan filizdən cürbəcür metallar əldə edilir.
"Neft və qaz yataqları sadəcə dənizdədir " fikri doğrudurmu?
Xeyr.Respublikamızda həm quruda, həm də dənizdə zəngin neft və təbii qaz yataqları var
Yeraltı sərvətlərimiz hansılardır?
Yeraltı sərvətlər dedikdə, ilk növbədə, neftin və təbii qazın adını çəkməliyik.
Filiz –nədir?
Filiz – tərkibində metal və onun birləşmələri olan faydalı qazıntıdır
Azərbaycan dövləti torpaqlardan istifadəyə və onların mühafizəsinə də nəzarət edir.Bunun üçün hansı qanun qəbul edilib?
Bunun üçün «Torpaqların münbitliyi haqqında» Qanun qəbul edilmişdir.
Ölkəmizdə alması,narı ilə məşhur şəhərlər hansılardır?Bəs keyfiyyətli kartof haradadır?
Quba alması, Göyçay narı ilə məşhurdur. Gədəbəydə çox keyfiyyətli kartof yetişir
Çay plantasiyaları hansı şəhərimizdədir?
Lənkəranın çay plantasiyalarında yetişdirilən ətirli Azərbaycan çayı süfrələri bəzəyir.
Hansı fəsillərdə taxıl zəmiləri biçilir?
Geniş taxıl zəmilərində ildə iki dəfə – yazda və payızda taxıl əkilir.
Azərbaycanda hansı bitkilər yaxşı inkişaf edir?
Azərbaycanda buğda, arpa, çovdar, pambıq, üzüm, çay, limon, zeytun, çəltik kimi bitkilər yaxşı inkişaf edir.