İnsan danışarkən tələffüz etdiyi səslər danışıq üzvləri vasitəsilə əmələ gəlir.Danışıq üzvləri hansılardır?
İnsan danışarkən tələffüz etdiyi səslər danışıq üzvləri vasitəsilə əmələ gəlir.Danışıq üzvləri ağciyər,nəfəs borusu,səs telləri,ağız boşluğu(dil,dodaq,dişlər)
15
Fəal danışıq üzvləri hansılardır ?
Dil,dodaq ,səs telləri
10
Səs və hərfin fərqi nədir?
Səsləri deyirik və eşidirik
10
Hərf nədir?
Hərflər səslərin yazıdakı işarəsidir.
10
Sonor samitlər hansılardır?
l,m,n,r
10
Saitlər hansılardır?
a,ı,o,u,e,ə,i,ö,ü
10
Əlifbamızda neçə hərf neçə səs vardır?
32 hərf ,34 səs vardır.
10
Cingiltili samitlərlərin yaranmasında nə iştirak edir.
Cingiltili samitlərin tələffüzündə səs telləri iştirak edir.
10
Kar samitlərin yaranmasında nə iştirak edir?
Kar samitlər küydən ibarət olur.Səs telləri onların yaranmasında iştirak etmir.
10
Ahəng qanunu nəyə deyilir?
Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir.
10
Neçə sait neçə samit səs və hərf vardır?
9 sait səs və hərf, 23 samit hərf və 25 samit səs vardır.
10
Heca nədir?
Sözün asanlıqla bölünə bilən hissəsinə heca deyilir.
10
Heca 1 saitdən ibarət ola bilər?
Bəli, a-na,a - ta.
5
Vurğulu heca nədir?
Üzərinə vurğu düşən heca vurğulu heca deyilir.
10
Vurğu nədir?
Sözləri tələffüz edərkən hecalardan birininin digərinə nisbətən daha qüvvətli deyilməsinə vurğu deyilir.