Əsas xüsusiyyətlərinə görə canlılar neçə aləmə bölünür?
dörd aləmə bölünür:bakteriyalar, göbələklər, bitkilər və heyvanlar. Bu bölgüyə canlılar aləminin təsnifatı deyilir.
10
Bakteriyalar haralarda yaşayır?
Bakteriyalar suda, torpaqda, havada, insan və heyvan orqanizmlərində yaşayır.
10
Hansı göbələkləri yalnız mikroskop altında müşahidə etmək olur?
mikroskopik göbələklər
5
İnkişaf səviyyəsinə görə bitkilər aləmi neçə yerə bölünür?
ibtidai və ali bitkilərə bölünür. Ali bitkilərin kökü, gövdəsi və yarpağı olur. İbtidai bitkilərdə isə bu orqan ların hamısı yoxdur.
5
Alimlər bədənində daxili skeletin olub-olmamasına görə heyvanları hansı qrupa ayırmışlar?
Bədənində skeleti olan heyvanlara onurğalı, skeleti olmayanlara isə onurğasız heyvanlar
5
Qurdlar, həşəratlar, xərçənglər və ilbizlər necə heyvanlardır?
onurğasız heyvanlardır.
10
Balıqlar, sudaquruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər necə heyvanlardır?
məməlilər (yeni doğulan balalarını ana südü ilə qidalandıranlar) onurğalılara aid edilir.
10
Balıqlar necə çoxalır?
kürü vasitəsi ilə çoxalır.
10
Suda-quruda yaşayan heyvanlara nə deyilir?
Belə heyvanlara amfibilər də deyirlər. Suda-quruda yaşayanlar ağciyər və dəri ilə tənəffüs edirlər. Bu heyvanlar da balıqlar kimi kürü tökməklə çoxalırlar
15
Sürünənlər necə tənəffüs edir ?
Suda yaşayan növləri də daxil olmaqla bütün sürünənlər ağciyərlərlə tənəffüs edir, əsasən, yumurta qoymaqla çoxalırlar
10
Quşlar necə çoxalır və uça bilməyən hansı quşları tanıdın?
Quşlar ağ ciyərləri ilə tənəffüs edir və yumurta qoymaqla çoxalır.Dəvəquşu, pinqvin
10
məməlilər nə ilə tənəffüs edirlər?Hansı məməliləri öyrəndin?
Suda yaşayanlar da daxil olmaqla bütün məməlilər ağciyərləri ilə tənəffüs edirlər.balina və delfin məməli heyvanlardır