Azərbaycan Respublikası 1918-ci il mayın 28-də yaradılmışdır. Bu respublika ........adlanırdı.
Azərbaycan Xalq Cümhuriyyəti
10
Azərbaycan Xalq Cümhuriyyəti qurucularından kimlərin adını çəkə bilərsiniz ?
Əlimərdan bəy Topçubaşovun,Məmmədəmin Rəsulzadənin,Fətəli xan Xoyskinin,Həsən bəy Ağayevin,Nəsib bəy Yusifbəylinin,Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski vəb
15
Nə zaman Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən
işğal olundu?
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.
15
Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən
işğal olunduqdan sonra nə baş verdi?
Müstəqilliyini itirdi və 15 respublikanı
birləşdirən Sovet İttifaqının tərkibinə qatıldı.O zamanlar ölkəmiz Azərbaycan Sovet Sosialist Respublikası adlanırdı
15
Nə zaman Azərbaycan Sovetlər Birliyinin tərkibindən çıxaraq müstəqilliyini bərpa etdi?
1991-ci il 18 oktyabrda Azərbaycan Sovetlər Birliyinin tərkibindən çıxaraq
müstəqilliyini bərpa etdi
15
"Cümhuriyyət" və "İttifaq" sözlərini necə başa düşürsünüz?
Cümhuriyyət – respublika , İttifaq – birlik mənalarını verir
10
Dövlətimizin ərazisi toxunulmazdır.Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini ..........təmin edir
onun Silahlı Qüvvələri təmin edir
10
Qanunlarımızı ......... qəbul edir. Milli Məclisin deputatları ............ seçilir.
Qanunlarımızı Milli Məclis qəbul edir. Milli Məclisin deputatları xalq tərəfindən seçilir.
10
Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyası, mahiyyəti barədə məlumat verin.
Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsilin,mədəniyyətin inkişafına xüsusi diqqət,nizami milli ordunun,təhlükəsizlik strukturlarının qurulması və s
15
Bir çox Avropa ölkəsindən daha əvvəl ............. verilməsi Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
qadınlara seçki hüququnun verilməsi Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
15
Azərbaycan Respublikasının 1918-ci ildə yarandığını öyrəndin. Bəs bundan qabaq Azərbaycan yox idimi?
Əlbəttə,var idi!Daha keçmişdə isə Azərbaycan torpaqlarının hamısı I Şah İsmayılın yaratdığı böyük Səfəvi dövlətinin tərkibində olmuşdur.
15
Azərbaycanın Milli Ordusu nə zaman yaradıldı.
Ərazisini və sərhədlərini qorumaq üçün dövlətin ordusu olmalıdır. Ona görə də 1918-ci il iyunun 26-da Azərbaycan Milli ordusu yarandı
10
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu nə zaman ləğv edildi?
Azərbaycan Sovet Rusiyası tərəfindən işğal ediləndən sonra onun Milli Ordusu ləğv edildi. Sovetlər Birliyinə daxil olan ölkələrin bir ümumi - Sovet ordusu oldu
15
Azərbaycan Xalq Cümhuriyyəti yaşasaydı bu gün neçə yaşı olardı?
102 yaşı olardı
10
Xalqımız 18 oktyabrı neçə ildir Müstəqillik Günü kimi qeyd edir?
2020-1991=29 il
15
Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi neçə kilometr idi?