Kaspi də Xəzərin tarixi adlarından biridir. Bu adların hər ikisi uzaq keçmişdə onun sahilində yaşamış qədim türk tayfalarının adı ilə bağlıdır
10
"Bir vaxtlar Xəzərin suları Qız qalasına qədər çatırmış."fikri doğrudurmu?
Bir vaxtlar Xəzərin suları Qız qalasına qədər çatırmış. İndi isə dəniz Qız qalasından xeyli aralanıb.
10
Xəzər niyə dəniz adlanır?
Ərazisi dəniz kimi böyük olduğuna və dənizə aid bir çox xüsusiyyətlərinə görə Xəzəri dəniz adlandırırlar. Əslində, Xəzər nəhəng göldür.
5
Dənizin göldən əsas fərqi nədir?
Dəniz okeanla ensiz su sahəsi ilə birləşmiş olur.Bu ensiz su sahəsinə boğaz deyilir.Gölün isə okeanla əlaqəsi olmur.Dənizin suyu duzlu olur.
10
Yarımada nədir?
Yarımada bir tərəfi quruya birləşmiş, üç tərəfdən su ilə əhatə olunan quru sahəsinə deyilir.
15
Bakı şəhəri hansı yarımadada yerləşir?
Respublikamızın paytaxtı Bakı şəhəri Abşeron yarımadasında yerləşir.
10
Xəzəri nələr çirkləndirir?
Volqa və Kür çayları özləri ilə şəhərlərin,zavod və fabriklərin çirkab sularını gətirib Xəzərə tökür.Bakı şəhərinin kanalizasiya suları da Xəzəri çirkləndirir.
10
Xəzərə tökülən ən böyük çay hansıdır?
Xəzərə tökülən ən böyük çay isə Volqa çayıdır.
10
Xəzər dənizinə tökülən çaylar hansılardır?
Kür, Samur çayları Xəzər dənizinə tökülür.
10
Xəzərdə hansı balıqlar yaşayır?
Xəzərin özünəməxsus canlılar aləmi var. Burada nərə, kütüm, siyənək, xanı, kilkə və başqa növ balıqlar yaşayır.
10
Xəzərin ən böyük adası hansıdır?
Xəzərdə çoxlu kiçik adalar var. Pirallahı Xəzərin ən böyük adasıdır.
10
Xəzərin hansı sərvətləri var?
Xəzərin nefti,balıqlar aləmi kimi sərvətləri var.
10
"Xəzər dünyanın ən böyük gölüdür " Fikri doğrudurmu?
Xəzər nəhəng göldür. O, dünyanın ən böyük gölüdür.
5
Ada nədir ?
hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi.
15
Xəzərin sahillərində nə üçün tez-tez qağayıları görürük?
Onlar xırda balıqlarla, sahil bitkiləri ilə qidalanırlar.
5
Xəzərin sahilində ən çox hansı quşu görürük?
Xəzərin sahillərindəki qayalıqlar qağayıların məs kənidir. Burada başqa su quşları da yaşayır.